“Həbs olunmağım barədə məlumat əsassızdır”backend

“Həbs olunmağım barədə məlumat əsassızdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rauf Ağayev açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib: \”Bu xəbərin heç bir əsası yoxdur. Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar. Hazırda məzuniyyətdəyəm, Bakıdayam”.

R. Ağayev “Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədovun tutulması barədə isə məlumata malik olmadığını qeyd edib.

Əlavə edək ki, F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.

İnterpress.az