NİİM-dən sürücülərə müraciətbackend

NİİM-dən sürücülərə müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.

Məlumata görə, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl-Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəsəbəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsindən 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.

Qeyd edək ki, tədbir I Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.

İnterpress.az