İxtisas seçiminin balları açıqlandıbackend

İxtisas seçiminin balları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlarr. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.

“Əgər müsabiqə şərtlərində hər hansı dəyişiklik olarsa, bu haqda məlumat veriləcək”-deyə TQDK bildirib.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisas seçimində iştirak etmək üçün qoyulan tələblər bu ilki məzunların qəbul imtahanları başa çatdıqdan sonra –iyul ayında TQDK tərəfindən müəyyən olunacaq.

Tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi isə avqustun 14-dən 19-dək aparılacaq. İxtisas seçimində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Bu haqda daha ətraflı məlumatlar 2 saylı “Abituriyent” jurnalında dərc olunub.

İnterpress.az