4 boksçumuz finala çıxdıbackend

4 boksçumuz finala çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombla (İrlandiya) döyüşüb və 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gələrək, finalda iştirak hüququ qazanıb.

Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) ilə qüvvəsini sınayacaq.

69 kq çəkidə Pərviz Bağırov yarımfinalda rəqibi Böyük britaniyalı Joş Kelliyə qalib gəlib – 3:0 (29:28; 30:27; 30:27). Həmyerlimiz finalda rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək.

75 kq çəkidə Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksı 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edib. O, finalda Mixael O Reylli (İrlandiya) ilə gücünü yoxlayacaq.

91 kq çəkidə isə Abdulqadir Abdullayev rusiyalı Sadam Maqomedovə qalib gələrək finala vəsiqə qazanıb.

64 kq çəkidə Lorenzo Sotomayoru və 52 kq çəkidə Elvin Məmişzadə isə bu gün final mərhələsində mübarizə aparacaqlar.

İnterpress.az