Müsavatın Qadınlar Birliyinin sədri kim olacaq?backend

Müsavatın Qadınlar Birliyinin sədri kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Partiyanın təşkilat şöbəsinin sədri Razim Əmiraslanlı məlumat verib. Şöbə sədrinin sözlərinə görə, müraciətlərin qəbulu bu gündən başlayıb: “Hələlik Qadınlar Birliyinin sədrliyinə iddialılardan müraciət daxil olmayıb. İyulun 13-ə qədər zaman var, birliyə rəhbərlik etmək istəyənlər yəqin ki, müraciət edəcəklər”.

İnterpress.az-a daxil olan məlumata görə isə, Qadınlar Birliyinin sədrliyinə Məclis üzvü Könül Alıyevanın namizədliyi daha çox dəstəklənir. Könül Alıyeva hazırda Qadınlar Birliyinin növbədənkənar IV ümumi yığıncağının hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinin sədr müavinidir.

Razım Əmiraslanlı məsələyə münasibətində “Məndə bu barədə məlumat yoxdur. Amma Könül xanım çox layiqli, fədakar, mübariz xanımlarımızdandır. Sədr olmağa da tam haqqı var. Təbii ki, son söz xanımlarındır. Onların seçiminə hörmətlə yanaşacağıq” deyə vurğulayıb.

Elnarə
İnterpress.az