Məşhur türk bəstəkarı Sarı gəlindən yazdı – VİDEObackend

Məşhur türk bəstəkarı Sarı gəlindən yazdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Videonu sosial şəbəkədə paylaşan pionist “Sarı Gəlin”i yeni əsərində ilk dəfə istifadə edəcəyini deyib. Mahnının hansı xalqa məxsus olması ilə bağlı illərdir gedən mübahisələrdən gileylənən Fazil Say müsiqinin dünyəvi olduğunu və bu münaqişələrin onun gözəlliyinə xələl gətirdiyini bildirib: “Türk mahnısıdır? Erməni mahnısıdır? İran mahnısıdır? Azəri mahnısıdır? Hamı bizim mahnımızdır deyir. Bu musiqi hər dildə var, sözləri fərqli-fərqli. “You Tube”da mahnının altındakı şərhlərə baxıram. Qorxunc mübahisələr gedir. Bəllidir ki, yüz illər əvvəl insanlar bir bəstə yaradıb. Nəsillərdən nəsillərə, dillərdən dillərə gələn bu musiqi anonimdir. Hansı əsrdən gəldiyi məlum deyil. Anonim musiqi su kimidir, qoyun başqaları da o sudan içsin. Əsas odur ki, musiqi gözəl olsun, nə dinlədiyimiz vacib deyil. İnsanlar bir-birinin dilini bilməsə də, musiqi onlara çatar. İnsanlar bir-birini anlayar. Təki insan olsunlar. Bax, nə gözəl mahnı”.

Qeyd edək ki, bəstəkar bundan əvvəl də Aşıq Veysəlin “Qara Torpaq” xalq mahnısından ilhamlanaraq hazırladığı bəstənin adını daşıyan CD ABŞ-da “Billboard” siyahılarında 6-cı yerə yüksəlib. Sənətçi 2013-cü ildə sosial şəbəkədəki paylaşımlarına görə “Xalqın mənimsədiyi dəyərləri açıq-aşkar alçaltmaq” səbəbi ilə 10 ay həbs cəzası alıb. ( qafqazinfo.az )

İnterpress.azhttps://youtube.com/watch?v=7BsSF-KZ564