Sevgilisi ilə öpüşən oğlan öldürüldübackend

Sevgilisi ilə öpüşən oğlan öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə Nərimanov rayon ərazisində yerləşən evlərin birində Ələkbərov beş bıçaq yarası alıb. Yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə məlumatı vesti.az Nərimanov rayon Polis İdarəsinə istinadən yayıb. Fakt üzrə təqsirləndirilən yerli sakin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə həbs edilib.

Aydın olub ki, Ələkbərov Nərimanov rayonuna öz maşınında sevdiyi qızı görüşdən sonra evə ötürmək üçün gəlib.

Maşında onlardan başqa Ələkbərovun dostu da olub.

Ələkbərov dostunu maşında gözləməyi tapşırıb, özü isə qızı ötürməyə gedib. Binanın girişində onlar öpüşüblər.

Bu zaman qızın, onların yanından keçən qonşusu Kamran Həsənzadə onlara irad tutub.

“Öpüşməyə başqa yer tapmırsız? Ayıb olsun, qonşular görür axı”, – Həsənzadə deyib.

Amma üzr istəmək əvəzinə Ələkbərov qızın qonşusunun cavabını vermək qərarına gəlib.

O, maşına tərəf qaçıb ordan beysbol dəyənəyini götürüb və dostu ilə bərabər bloka qayıdıb.

Ələkbərov Həsənzadəyə bir neçə zərbə vurub. Həsənzadə iki dostunu yardıma çağırıb.

Gənclər dava salıb. Həsənzadə qonşusunun sevgilisindən intiqam almaq istəyirdi, amma o 1 metr 90 sm hündürlüyündə idi, Kamranın onunla əlbayaxa dalaşmağa gücü çatmayıb.

Həsənzadə yaxınlıqda olan maşınına tərəf qaçaraq oradan bıçağı götürüb və geri qayıdıb, Ələkbərova beş bıçaq zərbəsi vurub. Yalnız qanı görəndən sonra cavanlar sakitləşiblər.

Polis idarəsində Ələkbərovun içkili olduğu da qeyd edilir.

Baş verənlərdə Həsənzadə Ələkbərovu təqsirli bilib. Beləliklə, bina girişində öpüş Ələkbərovun həyatında son öpüş oldu.

Fakt üzrə istintaq davam edir.

İnterpress.az