Yunanıstan: hardan-haraya – TƏHLİLbackend

Yunanıstan: hardan-haraya – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, Avro Qrup Rəhbəri və Hollandiya maliyyə naziri Jeroen Dijsselbloemun sözçüsü avro bölgəsi maliyyə nazirlərinin bu gün \”Yunanıstanı xilasetmə paketi\” ilə əlaqədar telekonfrans təşkil edəcəklərini bildirib.

Yunan xalqı hələ çox kəmər sıxacaq

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Yunanıstanda kəmər sıxma tədbirləri daha da ağırlaşdırılarak davam edəcək.

Buna görə ƏDV-nin artması da daxil olmaqla vergi faizləri yenidən gözdən keçiriləcək, iş şəraiti və pensiyadan tutulmalar da daxil olmaqla köklü islahatlar aparılacaq. Yunanıstan avtomatik büdcə kəsintilərini nəzərdə tutan maliyyə şurasına keçəcək və statistik təşkilatların müstəqilliyini gücləndirəcək. Beynəlxalq Valyuta Fondunun (BVF) da aralarında olduğu Troyka (Avropa Birliyi-Avropa Mərkəz Bankı və BVF) Yunanıstana ciddi nəzarəti davam etdirəcək. Troyka ölkədə qalaraq yunan təşkilatlarına islahatların həyata keçirilməsi məsələsinə yerində nəzarət edəcək, pensiya yaşı ən az 67 olacaq və ölkədəki ictimai qurumlarda işçi sayı azaldılacaq.
Qanunda həmçinin, cəmiyyətin ən qiymətli aktivlərinin transfer edilməsiylə Afinada 50 milyard avroluq bir özəlləşdirmə fondu yaradılması da nəzərdə tutulur. Ölkədəki bütün özəlləşdirmə Troyka təşkilatlarının nəzarətində aparılacaq. Əldə ediləcək gəlirin yarısı banklara sərmayə möhkəmlənməsinə, qalan dörddə birdən biri borcun geri ödənməsinə, biri də sərmayələrə yönəldiləcək.

Avropa parlamentləri də təsdiqləyir

Avro bölgəsi liderlərinin Yunanıstanı iflasdan xilas etməsi və bölgədə qalmasını təmin etmək üçün razılaşdığı xilasetmə paketinin qəbulu üçün ən az 8 Avropa Birliyi ölkəsinin parlamentində səsə qoyulmalı və qəbul edilməlidir.

Yenə Avro bölgəsi liderləriylə aparılan müzakirələrdə Yunanıstana ən böyük dəstəyi verən və kreditor təkliflərini hazırlanmasında texniki köməkçi olan Fransa \”Yunanıstanı xilasetmə paketi\”ni Milli Məclisi və Senatında səsverməyə çıxarıb. Milli Məclisin Yunanıstan iclası sonunda edilən səsvermədə Yunanıstanı qurtarma paketi 69-a qarşı 412 “bəli”, Senatda keçirilən səsvermədə isə 23-ə qarşı 260 “bəli” alaraq qəbul edilib.

Yunanıstana təqdim edilən xilasetmə paketinin ölkənin ən çox borclu olduğu Almaniya parlamentində də ən qısa zamanda səsverməyə çıxarılacağı gözlənilir.

5 ildə 306 milyard avro

Xatırladaq ki, avro bölgəsi liderlərinin Brüsseldə 17 saatlıq zirvə görüşündən sonra bazar ertəsi Yunanıstanın Avro Bölgəsində qalması üçün xilasetmə planı razılaşdırılıb. Xilasetmə paketinə görə, Yunanıstan islahat qarşılığında AB-dən 3 il içində 86 milyard avroluq maliyyə alacaq. Bu məbləğin 53,5 milyard dollarlıq kredit hissəsi 3 il içində hissə-hissə ölkəyə veriləcək. 35 milyard dollarlıq qrant hissəsi isə inkişaf üçün istifadə ediləcək.

2010-ci ildəki ilk qurtarma paketində BVF 21,7 milyard avro, Almaniya başda olmaqla avrozona ölkələri də Yunanıstana təxminən 53 milyard avro maliyyə ayırıb. 2012-ci ildəki ikinci xilasetmə paketində Yunanıstan BVF-nin 11,6 milyard və Avropa Maliyyə Sabitlik Fondundan da (EFSF) 130,9 milyard avroluq kredit istifadə edib. Sözügedən üçüncü xilasetmə paketi (86 milyard avro) avro bölgəsi liderləri tərəfindən tam olaraq imzalanıb qüvvəyə minsə, nağd pul çətinliyi çəkən Yunanıstana son 5 ildə 306 milyard avroluq maliyyə köçürülmüş olacaq.

7 milyard avroluq “körpü kredit”

Avropa Birliyi ölkənin iyulda maliyyə ehtiyacını qarşılaya bilməsi üçün Yunanıstana Avropa Maliyyə Sabitlik Fondu (EFSF) üzərindən 7 milyard avroluq bir körpü krediti təklifi edib. AB Komissiyasının Avro və Sosial dialoqdan Məsul Sədr Köməkçisi Valdis Dombrovskis, lazımi qanuni tənzimləmələri reallaşdıracağı təqdirdə Yunanıstana 7 milyard avroluq körpü kredit veriləcəyini söyləyib.

Nümayişlərdə 50 nəfər həbs edilib

Yunanıstanın paytaxtı Afinada hökumət tərəfindən qəbul edilən “xilasetmə paketi”ndən sonra Afinada vəziyyət gərginləşib.
Yunan hökuməti tərəfindən qəbul edilən \” xilasetmə paketi\” nə etiraz edənlər Afina küçələrində nümayiş keçirib. Gərginliyin xeyli yüksəldiyi Afinada nümayişçilərlə polisə arasında qarşıdurma yaranıb. Nümayişçilər polisə daş və molotof qumbaraları atıb, polis isə nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib. Polisin müdaxiləsindən sonra bəzi nümayişçilər ara küçələrə qaçarkən, meydanda olan bir qrup Yunanıstan Televiziyasına aid canlı yayın vasitəsini yandırıb. Yunan polisi parlament binasının olduğu Sintagma Meydanına çıxan bütün yolları bağlayıb. Hadisələr əsnasında təxminən 50 nümayişçi həbs edilib.

“Sintagma Meydanı”nda keçirilən aksiyalara qatılan bəzi həmkarlar ittifaqları, əczaçı, ictimai işçiləri və bələdiyyə işçiləri yeni kəmər sıxma siyasətinə qarşı çıxıb.

İnterpress.az