AMİP rəsmisi: “İtirilmiş mövqelərin bərpasına çalışırıq”backend

AMİP rəsmisi: “İtirilmiş mövqelərin bərpasına çalışırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a partiya Siyasi Şurasının üzvü Əli Orucov deyib. Əli Orucovun sözlərinə görə, artıq rayon təşkilatlarında hesabat-seçki yığıncaqları, konfranslar keçirilir, qurultaya nümayəndələr seçilir: “Son 2 gündə Binəqədi və Nəsimi rayon təşkilatlarında Siyasi Şuranın üzvü olaraq səlahiyyətli nümayəndə qismində iştirak etmişəm. Biz oturub kimlərinsə tamaşa yazmasını, yaxud da hansısa tamaşada rolların verilib-verilməyəcəyini gözləməyəcəyik. Əlimizi əlimizin üstünə qoyub səhnə quruluşçularına və \”rejissora\” arxayın olmalı, yaxud da ona bel bağlamalı deyilik.

Çalışılacaq ki, seçkidə həm keyfiyyət, həm də kəmiyyət nəzərə alınsın. Qurulayqabağı yerlərdə hesabat-seçki yığıncaqlarının keçirilməsi təşkilatı və reallıqların dəyərləndirilməsi baxımından çox böyük önəm daşıyır. Bu prosesdən sonra bizim üçün mənzərə daha aydın olacaq”.

İtirilmiş mövqelərin bərpası istiqamətində fəaliyyətlərini davam etdirdiklərini deyən Əli Orucov “Bu, çətin yolculuqdur, amma yola qədəmlərini qoyan yolcu üçün gerisi yoxdur” deyə vurğulayıb.

Əli Orucovun sözlərinə görə, partiya öz sıralarında 65 min üzvü birləşdirir.

Elnarə
İnterpress.az