5 minlik Türkman ordusu yarandıbackend

5 minlik Türkman ordusu yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İŞİD-ə qarşı başladılan əməliyyatlardan sonra Ankarada sürpriz bir görüş keçirilib. İŞİD və Bəşər Əsədə qarşı döyüşən 20 türkman briqadasının nümayəndəsi MİT-in koordinasiyasında bir araya gəlib. Qurulması planlanan 5 min nəfərlik Türkman ordusu ilə bağlı son müzakirələr aparılıb. Türkiyə ilə koordinasiyalı fəaliyyət göstərəcək ordu bölgədəki etnik təmizliyə də mane olacaq.

Baş nazir Əhməd Davudoğlunun \”Bundan sonra sərhədimiz İŞİD-i görməyəcəyik. Necə edəcəyimizi özümüz bilirik.\” açıqlamasından sonra detallar ortaya çıxmağa başlayıb.

Türkman ordusu meydana gəlir

Suriyanın şimalında və Hələb ətrafında olan müxalif Türkman ordu briqadaları MİT koordinasiyasında, təhlükəsizlik, kəşfiyyat və hərbi səlahiyyətlilərin də iştirakı ilə geniş əhatəli bir yığıncaq təşkil edib. Dünən başlayan yığıncaqda əsas mövzu isə qurulma işlərinə sürət verilən Birləşmiş Türkman Ordusu olub.

Yeni yol xəritəsi

Yığıncağa Hələb və Bayır-Bucaq bölgəsində Bəşər Əsəd və İŞİD-ə qarşı döyüşən müxalif briqadaların təxminən 20 nümayəndəsinin qatıldığı bildirilir. Yığıncağa Sultan Murad, Muntasır Billah, Sultan Mehmed kimi briqadaların nümayəndələrinin qatıldığı və yeni dövrdəki yol xəritəsinin hazırlandığı deyilir.



İnterpress.az