“Qarabağ” “Seltik”ə qarşıbackend

“Qarabağ” “Seltik”ə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan “Qarabağ” da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Avropa nəhənglərindən olan Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq. Ardıcıl dörd mövsüm, ümumilikdə isə 46 dəfə ölkəsinin çempionu olan Qlazqo təmsilçisi ilə komandamızı çətin oyun gözləyir.

“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq.

Qeyd edək ki, oyun \”AZTV\” kanalından canlı yayımlanacaq.

29 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

23:45. \”Seltik\” (Şotlandiya) – \”Qarabağ\” (Azərbaycan)
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Qlazqo. “Seltik Park” stadionu

İnterpress.az