“Qəbələ” “Apollon”a, “İnter” “Bilbao”ya qarşıbackend

“Qəbələ” “Apollon”a, “İnter” “Bilbao”ya qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının \”İnter\” klubu Bilbaoda \”Atletik\”in qonağı olacaq.

\”Hafnarfyordur\”u (İslandiya) mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə III təsnifat mərhələsində oynamaq hüququ əldə edən Zaur Svanadzenin komandası bu uğurun davamını gətirməyə çalışacaq. Lakin \”İnter\”in rəqibi İspaniyanın iddialı klublarından olan \”Atletik\”dir.

30 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

23:45. \”Atletik\” (Bilbao, İspaniya) – \”İnter\” (Azərbaycan)
Hakimlər: Stavros Tritsonis, Kristos Akviros və İlias Alekseas (hamısı Yunanıstan)
Bilbao. \”San Mames\” stadionu.

\”Qəbələ\” klubu bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Roman Qriqorçukun komandası Kiprdə \”Apollon\”un qonağı olacaq.

Daha öncə \”Dinamo\” (Tiflis) və \”Çukariçki\”ni (Serbiya) mübarizədən kənarlaşdırmaqla tarix yazan \”Qəbələ\” bu uğurun davamını gətirmək niyyətindədir. Bunun üçün \”qırmızı qaralar\” səfərdən sərfəli nəticə ilə qayıtmalıdır.

\”Dinamo\” və \”Çukariçki\” ilə səfər görüşlərində rəqibinə uduzan \”Qəbələ\” cavab matçında həmin məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Qəbələ təmsilçisinin bu dəfə səfərdən hansı nəticə ilə qayıdacağı maraqla gözlənilir. \”Apollon\” – \”Qəbələ\” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

30 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

22:00. \”Apollon\” (Kipr) – \”Qəbələ\” (Azərbaycan)
Hakimlər: Sergey Boyko, Aleksandr Korniyko və Vladimir Volodin (hamısı Ukrayna)
Larnaka. \”Antonis Papadopoulos\” stadionu.

İnterpress.az