HDP sədrinə qarşı cinayət işi başlanılıbbackend

HDP sədrinə qarşı cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NTV-nin verdiyi xəbərə görə, Dəmirtaş millətlər arasında ədavət və Türkiyə əhalisinin iki etnik qrupu arasında qarşıdurma yaratmaqda ittiham edilir. Prokurorluq HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə, Dəmirtaş deputat toxunulmazlığı statusundan məhrum edilə bilər. Belə olacağı təqdirdə HDP sədri 24 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Türkiyədə vəziyyət İŞİD qruplaşmasının iyulun 20-də Suruçda törətdiyi terror aktı və ölkənin cənub-şərq əyalətlərində polis əməkdaşlarının PKK terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra gərginləşib.

İnterpress.az