26 yaşlı oğlan kanalda batıbbackend

26 yaşlı oğlan kanalda batıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə 1989-cu il təvəllüdlü Həsənov Elvin Elçin oğlunun Mingəçevir şəhəri, Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batması haqqında məlumat daxil olub. E. Həsənovun cəsədi batdığı yerdən 600 metr aralıda, “Aran” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İnterpress.az