Aparıcı şəhidlərə görə ağladı – VİDEObackend

Aparıcı şəhidlərə görə ağladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aparıcı PKK tərəfindən qətlə yetirilən Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksız haqqında efirə gedən süjetdən sonra göz yaşlarına hakim ola bilməyib və növbəti xəbəri çətinliklə oxuyub.

Süjetdə A.Kulaksızın həyat yoldaşı Sibel Kulaksız həmin gün baş verənlərdən danışır.

Növbəti süjeti efirə getsə də, aparıcı xəbərin davamını tamaşaçılara çatdıra bilməyib.

Bu anları əks etdirən video sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Qeyd edək ki, mayor A. Kulaksızın həyat yoldaşı Sibel Kulaksızla azyaşlı qızının olduğu avtomobilə iyulun 27-də silahlı hücum olub. Hücum nəticəsində ağır xəsarət alan A. Kulaksız həyatını itirib.

İnterpress.azhttps://youtube.com/watch?v=CQE8uXuwOj4