Müsavatın rayon təşkilatlarında boykot?backend

Müsavatın rayon təşkilatlarında boykot?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hər iki rayon təşkilatının təsis konfransının keçirilməsi hələ baş tutmayıb.

Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli İnterpress.az-a bildirib ki, konfransın keçirilməsi partiyadan yeni istefalara səbəb olacaq: “Ancaq konfrans təyin edə bilmirlər, böyük hissə konfransı boykot edib,ona görə də konfransın təşkili baş tutmur. Həm Suraxanı, həm də Zəngilan rayon təşkilatının dəyərli müsavatçıları partiya rəhbərliyinin yürütdüyü siyasətə etiraz olaraq konfransı boykot edirlər”.

Rövşən Dəmirlinin sözlərinə görə, rayon təşkilatında üzvlərin sayı 300-ə yaxın olub: “İndi onların çoxu ya istefa verib, ya da təşkilatda siyasi fəaliyyətini dondurub”.

Partiyanın təşkilat şöbəsinin sədri, Divan üzvü Razim Əmiraslanlı isə baykotla bağlı deyilənlərin həqiqətəuyğun olmadığını bildirib: “Suraxanı təşkilatının seçkili orqanları Divanın qərarı ilə buraxıldıqdan sonra yeni təşkilat komitəsi yaradıldı. Təşkilat Komitəsi hesabat- seçki yığıncağının keçirilməsi üçün ciddi fəaliyyət göstərir. Özəklərin yenidən formalaşması, həm də fəaliyyət göstərən partiya üzvlərinin siyahısının hazırlanması işi artıq yekunlaşmaq üzrədir. Güman ki, yaxın həftələrdə konfrans keçiriləcək. Boykotla bağlı deyilənlər doğru deyil”.

Rayon təşkilatlarının buraxıldığı Tovuz və Zəngilana gəlincə işə, bu prosesin sentyabrda yekunlaşacağı gözlənilir.

Elnarə
İnterpress.az