Ermənistan hökumətinin kompensasiya ödəməyə pulu yoxdurbackend

Ermənistan hökumətinin kompensasiya ödəməyə pulu yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib.
“Ermənistan prezidentinin bəyan etdiyi kimi, hökumət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı xərcləri subsidiya hesabına kompensasiya edəcək. Vəsaitlər qeyri-büdcə mənbədən – Vorotan su elektrik stansiyasının kaskadının satılması hesabına əldə ediləcək”, deyə Abramyan bildirib.

Qeyd edək ki, avqustun 1-dən Ermənistanda elektrik enerjisi tarifləri 16,7 faiz qalxıb.

Bu qərar Ermənistan cəmiyyətində kəskin reaksiyaya və qərarın ləğv olunmasını tələb edən etiraz hərəkatının formalaşmasına səbəb olub.

ABŞ-ın “Contour Global” energetika holdinqi iyunun 8-də Ermənistan-İran sərhədində yerləşən Vorotan su elektrik stansiyasının kaskadının sahibi olub. Holdinq bu strateji əhəmiyyətli obyekti 180 mln dollara əldə edib.

İnterpress.az