Erməni futbolçu Bakıya buraxılacaqmı?backend

Erməni futbolçu Bakıya buraxılacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu UEFA-nın baş katibi Cianni İnfantino deyib. O, Dortmundun “Borussiya” klubunda top qovan erməni Henrik Mxitaryanın Azərbaycana gəlməsində problem görməyib. UEFA prezidenti Mişel Platini də erməni futbolçunun Azərbaycanda meydana çıxmağının problem olmayacağını bildirib.

Rusiya Futbol İttifaqı rəhbərinin səlahiyyətlərini icra edən Nikita Simonyan Azərbaycan tərəfinin ermənini Bakıya buraxmaya biləcəyini deyib. Buna səbəb kimi onun üç dəfə Azərbaycan XİN-in izni olmadan qondarma Dağlıq Qarabağ Respublikasına səfər etməsini göstərib. Simonyan bildirib ki, Bakı bu addımı atsa, qanunları pozmuş olacaq: “İdman qanunlarına əsasən, Azərbaycanın ixtiyarı yoxdur ki, ona oyunda iştirakı qadağan etsin”. Qeyd edək ki, “Qəbələ” ev oyunlarını Bakıdakı \”Bakcell Arena\” stadionunda keçirəcək.

İnterpress.az