Tovuzda ağır yol qəzası baş verib: 2 nəfər ölübbackend

Tovuzda ağır yol qəzası baş verib: 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub.

“Mercedes”in sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıblar.

İnterpress.az