Salyanda çayda batan azyaşlının meyiti tapılıbbackend

Salyanda çayda batan azyaşlının meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan rayonu, Şorsulu kəndində çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olub.

Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İnterpress.az