Xırdalanda partlayan binada həyəcanlı anlarbackend

Xırdalanda partlayan binada həyəcanlı anlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər bina sakinləri arasında təşviş yaşaıb və səs-küyü ətrafa yayılıb. BU səbəbdən binada yenidən partlayışın baş verməsi ilə bağlı şayiə yayılıb.

AzNews.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün hadisə yerinə yollanıb. Məlum olub ki, bina sakinlərindən birinin azyaşlı övladı eyvandan yıxılıb. Körpə ciddi zədələnib və sudurğa keçirib. Bu da ətrafdakıların həyəcanına səbəb olub.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən sözügedən binada güclü partlayış baş vermişdi. Partlayış nəticəsində 3 nəfər həyatını itirmiş, 9 nəfər xəsarət almışdı. Onu da bildirək ki, bina beşmərtəbəlidir və burada məcburi köçkünlər məskunlaşıb.

İnterpress.az