30 yaşlı qadın iki oğlu ilə itkin düşübbackend

30 yaşlı qadın iki oğlu ilə itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun Boladi kənd sakini, 1985-ci il təvəllüdlü Ceyran Nəsir qızı Əliyeva bu il avqustun 29-da oğlanları – 9 yaşlı Nasir Zamin oğlu Əliyev və 4 yaşlı Yusif Zamin oğlu Əliyevi özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Qadının boyu 160 sm, orta bədən quruluşlu, gözləri qəhvəyi rəngdədir, əynində açıq qəhvəyi rəngli xalat, başında ağ rəngli baş örtüyü olub.

Naməlum şəraitdə itkin düşmüş Ceyran Nəsir qızı Əliyevanı, oğlanları Nasir və Yusifi görüb-tanıyanlardan Lənkəran ŞRPŞ-nin aşağıdakı telefon nömrələrinə məlumat vermələri xahiş olunur: (02525) 4-83-38; 2-17-02, (050)531-74-21; (050)570-58-98(mobil). ( apa )

İnterpress.az