VHP bəyanat yaydıbackend

VHP bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyanın mətbuat xidmətindən İnterpress.az-a daxil olan bəyanatda deyilir:

Ötən seçkilərdə olduğu kimi bu seçkidə də yerli hakimiyyət orqanlarının imzatoplama kampaniyasına müdaxiləsi davam edir. Belə ki, icra hakimiyyətlərinin tapşırığı ilə Vətəndaş Həmrəyliyi Partiyasından olan namizədlərə imza vermiş şəxslər sonradan yerli icra nümayəndələrinin qəzəbinə tuş gəlir, onlardan zorla öz imzalarından imtina etməsi tələb olunur.

Bu günlər VHP-nin 32 saylı Suraxanı ikinci seçki dairəsindən namizədi Əliyev Çingiz Dilavər oğluna qarşı ciddi təzyiqlər var. Yerli icra strukturları, hüquq-mühafizə orqanları, hətta rayonun xüsusi xidmət qurumunun əməkdaşları Çingiz Əliyevin namizəd kimi qeydə alınması üçün imza verən vətəndaşlara ciddi təzyiq, hədə qorxu gəlir, onlar məcburi şəkildə imzalarından imtina etdirirlər. Hətta ən yaxın qohumlarından da imzadan imtina tələb olunur. Həmçinin namizədin özünə qarşı ciddi təzyiqlər edilir, o özü və yaxınları vasitəsi ilə təhdid edilir.

VHP Azərbaycan hakimiyyətindən qanun pozuntularına, öz vətəndaşlıq borcunu yerinə yetirənlər vətəndaşlara qarşı təzyiq və təqiblərə son qoyulmasını tələb edir. İcra strukturlarının seçkiyə bu cür müdaxiləsi indidən seçkinin qeyri-demokratik, qeyri-bərabər və qeyri-şəffaf şəkildə keçiriləcəyi rəyi yaradır.