Karlos: “Azərbaycandan təklif almışdım”backend

Karlos: “Azərbaycandan təklif almışdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Braziliya yığmasının sabiq müdafiəçisi Robert Karlos deyib.

Karlos Hindistanın “Delhi Dinamos” klubu ilə müqavilə imzalayıb. APA-nın məlumatına görə, o, özünü yaxşı hiss etdiyini bildirib. Əfsanəvi futbolçu yayda ölkəmizdən təklif aldığını açıqlayıb:

“Adını çəkdiyim ölkələr – Çin, Türkiyə, Azərbaycan, Özbəkistan, o cümlədən Hindistanda futbol sahəsində böyük işlər görülür, struktur formalaşdırılır.

Azərbaycan, İran və Cənubi Afrikadan təklif almışdım.

Məni məşqçi kimi dəvət edirdilər. Qətər və Çində işləmək variantı da var idi. Amma Hindistanda çalışmağa qərar verdim”.

İnterpress.az