Seçki bülletenlərinin çapına başlanıbbackend

Seçki bülletenlərinin çapına başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

125 dairə üzrə ümumilikdə 5 milyon 344 min 431 ədəd bülleten çap olunacaq.

Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanıb. Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni oktyabrın 22 yekunlaşacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.

İnterpress.az