2016-cı ilin büdcə müzakirələri başa çatıbbackend

2016-cı ilin büdcə müzakirələri başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin plenar iclasında Milli Məclisin 2016-cı il xərclər smetası layihəsi barədə MM-in işlər idarəsinin müdiri Firuddin Hacıyev məlumat verib.

F. Hacıyev bildirib ki, MM və onun aparatının saxlanması ilə bağlı 2016-cı ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib.

Onun sözlərinə görə, 2016-cı il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 22 mln. 745 min manat 955 manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci il ilə müqayisədə 1 mln. 061 min 139 manat azdır. F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,7%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: “Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2016-cı ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi üzrə 1 milyon 273 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub\”.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib. V.Gülməmmədov bildirib ki, 2016-cı ilin dövlət büdcəsindən Hesablama Palatasının xərclər smetası üçün, ümumilikdə 3 mln. 825,5 min manat vəsait nəzərdə tutulub ki, bu 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 66,6 min manat azdır: “ Azalma əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Nəzərdə tutulmuş vəsait 2016-cı ildə 37-si yerli xərcləri və 5-i diplomatik korpusları əhatə etməklə 87 audit tədbirinin həyata keçirilməsi üçün tələb olunur. Bununla yanaşı, Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83,3%-i əməyin ödənilməsi xərcləri təşkil edir”.

V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.

Deputatların irəli sürdüyü təkliflərin nəzərə alınması üçün hökumətə bu ayın 20-nə kimi vaxt verilib.

Qeyd edək ki, 6 gün sonra Milli Məclisdə 2016-cı ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrinin təsdiq olunması gözlənilir.

İnterpress.az