Rus nazir azərbaycanlı futbolçulara “dələduz” dedi, AFFA cavab verdibackend

Rus nazir azərbaycanlı futbolçulara “dələduz” dedi, AFFA cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Futbol İttifaqının prezidenti, ölkənin idman naziri Vitali Mutko məğlubiyyətin səbəblərindən danışaraq, azərbaycanlı futbolçuları dələduzluqda ittiham edib.

O, rusların rəqiblərinin- azərbaycanlıların 2 yaş böyük olduqlarını bildirib: \”Rəqiblə müqayisədə iki yaş fərqli ciddi amildir. Ona görə də Azərbaycana uduzduq…\”.

Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) açıqlama verilib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu açıqlamasında deyib ki, rəqib məğlubiyyəti ilə barışmalıdır.

“Rəqibə məsləhət görərdim ki, məğlubiyyəti həzm etməyi bacarsın. Oyun Avropa çempionatının seçmə mərhələsində keçirilən bir qarşılaşma olub. Oyunda UEFA-nın nümayəndələri olub və burada hər hansı bir fırıldaqdan söhbət belə gedə bilməz. Rəqib məğlubiyyətlə barışmağı öyrənməlidir. Komandamız qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəldi”.

Xatırladaq ki, noyabın 17-də 21 yaşlılardan ibarət Azərbaycan milli komandası Bakıda Rusiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.(modern)

İnterpress.az