Terror Belçikada matçı təxirə saldıbackend

Terror Belçikada matçı təxirə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, Belçika Futbol Federasiyasından bildiriblər ki, yüksək təhlükəsizlik riski səbəbindən bu axşam oynanılacaq qarşılaşmanın başqa bir tarixə təxirə salındığı bildirildi.
Açıqlamada, Brüsselin 75 kilometr uzaqlığında yerləşən Lokeren komandasının oynuna çıxdığı Daknam Stadionunda qarşılaşmanın oynaması üçün yüksək standartda tədbirə ehtiyac duymasına baxmayaraq, təhlükəsizlik qüvvələrinin Brüsseldəki terror həyəcanı səbəbindən vəzifə yerlərini tərk edə bilmədiyi ifadə edildi.

Liqada bu həftə keçiriləcək digər qarşılaşmalar isə zamanında oynanacaq.
Belçikanın paytaxtı Brüsseldəki terror həyəcanı, Parisdə baş verən oxşar bir hücum qorxusuyla bu gün ən yüksək səviyyəyə yüksəldilmişdi.

Belçika-İspaniya arasında Brüsseldə çərşənbə günü oynanılması planlaşdırılan dostluq matçı ilə Almaniya-Hollandiya arasında Hannover şəhərində oynanılması planlaşdırılan hazırlıq qarşılaşması da terror həyəcanına görə ləğv edilmişdi.

Interpress.az