Hacıqabulda baş verən yol qəzasında biri körpə olmaqla üç nəfər ölübbackend

Hacıqabulda baş verən yol qəzasında biri körpə olmaqla üç nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 8.00 radələrində Bakı-Qazax yolunun 125-ci km-də, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-2107”-də olan 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Ölənlərdən biri Sabirabad rayonunun Yenikənd kənd sakini, 2015-ci il təvəllüdlü Əliyev Nurid Mənsim oğludur, Sabirabad rayonunun Yenikənd kənd sakini, 1975-ci il təvəllüdlü Əliyeva Dilarə Əhməd qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəzada ölən digər şəxslərin adı dəqiqləşdirilir.

İlkin ehtimala görə qəzaya dumanlı hava şəraiti səbəb olub.(apa)

Interpress.az