İcra hakimiyyətinin işçiləri ilə sakinlər arasında qarşıdurmabackend

İcra hakimiyyətinin işçiləri ilə sakinlər arasında qarşıdurma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az saytına həmin ünvanda yaşayan sakinlər məlumat verib. Şikayətçilərin dediyinə görə, binanın qarşısında yerləşən parkda təmir və quruculuq işləri aparıldığından, ətrafda görünən bütün binaların üstündəki su çənləri və çanaq antenləri yığışdırılır. Sakinlərin iddialarına görə göstəriş Nəsimi rayon icra başçısı tərəfindən verilib. Bina sakinləri iddia edir ki, onlara xəbərdarlıq edildikdən 2 saat sonra söküntü işlərinə başlanıb və vətəndaşlara alternativ tədbir görmələri üçün kifayət qədər vaxt verilməyib.

Daimi su problemi yaşadıqlarından çıxış yolunu su çəni quraşdırmaqda tapan sakinlər Nəsimi Rayon İcra Hakimiyyətinin işçilərinə kütləvi şəkildə etiraz ediblər. Çənlərinin kəsilib götürülməsinə qarşı çıxan sakinlər \”əvvəlcə suyun fasilələrlə verilməsi problemini həlletmələrini, daha sonra çənlərin yığışdırılmasını\” tələb ediblər.

İnterpress.az