Təbrizdə futbol yarışından sonra 3 azərbaycanlı fəal tutulubbackend

Təbrizdə futbol yarışından sonra 3 azərbaycanlı fəal tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbələrə istinadən xəbər verir ki, Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, İranın təhlükəsizlik məmurları noyabrın 20-si axşam saatlarında futbol müsabiqəsindən sonra “Traxtur”un urmiyalı tərəfdarları, İsmayıl Dehqani, Oruc Dehqani və Möhsün Hüseynzadəni tutub naməlum istiqamətə aparıblar. Onların hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı barədə məlumat yoxdur.
Xatırladaq ki, Təbrizdə keçirilən futbol yarışında “Traxtur” tərəfdarları Azərbaycan milli kimliyi barədə şüarlar səsləndirərək öz sevimli komandalarına dəstək vermişdilər. Müsabiqə sona çatandan sonra da Təbriz komandasının tərəfdarları stadiondan çıxarkən hökumət qüvvələrinin bütün təzyiq və təhdidlərinə baxmayaraq yenidən milli şüarlar səsləndirərək şəhərə doğru yürüş keçiriblər.
Müsabiqədən əvvəl isə polis və təhlükəsizlik qüvvələri Səhənd stadionuna gedən əksər yolları bağlayaraq “Traxtur” tərəfdarlarının çoxunun stadiona girişinə və yarışı yaxından izləməsinə mane olublar.

İnterpress.az