Bakıda avtobus piyadanı vuraraq öldürübbackend

Bakıda avtobus piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 21-i saat 06:45 radələrində, Nərimanov rayonu Atatürk prospektində Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Nurəddin Süleymanov idarə etdiyi «Daewoo» markalı 211 saylı xətt avtobusu ilə Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Həmayil Nəbiyevanı vurub. Nəticədə, H.Nəbiyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.