Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən şəxs saxlanılıbbackend

Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”İnterpress.az\” DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 22-də Binəqədi rayonu ərazisindəki kafelərdən birində naməlum şəxs Türkiyə vətəndaşı Nail Akdoğanı bıçaqla hədələyib 60 manat pulunu, mobil telefonunu, qızıl saatını və qızıl üzüyünü alıb.

Binəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Rəhimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az