Tənzilə Rüstəmxanlı:  “Somaliyə ağlayanalar Türkmən Dağı üçün də əllərini uzatsın”backend

Tənzilə Rüstəmxanlı: “Somaliyə ağlayanalar Türkmən Dağı üçün də əllərini uzatsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, o, son günlər Rusiyanın havadan endirdiyi zərbələr nəticəsində ev-eşiyini, doğmalarını itirən qan qardaşlarımıza əl uzatmağın vacibliyini irəli çəkib:
“Bu gün dost-doğma qardaşlarımız – Bayırbucaq Türkmənləri ağır vəziyyətdədir. Rusiya dünyanın gözü qarşısında türkmənlərə qarşı bir qətliam həyata keçirməkdədir. Fransaya ağlayan gözlər isə bu soyqırımı görməzdən gəlirlər.
Rusiya bu soyqırımı ermənilərlə birlikdə 20 yanvar 1990-cı ildə Bakıda, 26 fevral 1992-ci ildə isə Qarabağda, Xocalıda gerçəkləşdirmişdi. O zaman Türkiyə, Quzey Kıprıs Türk Cümhuriyyəti başda olmaqla dünyada yaşayan bütün türklər və müsəlmanlar bu qətliama etiraz etmişdilər. Ancaq nədənsə, indi Azərbaycanın əksər QHT-lərinin, insan haqqları ilə məşğul olan təşkilatlarının və ictimai xadimlərin səsi çıxmır. Dini qurumlar səssiz-səmirsiz müsəlman qətliamını izləməkdənsə, ən azından rus din adamlarına müraciət edə və bu qətliamın dayandırılması üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmələrini təklif edə bilərdilər”.
ATEV başqanı vicdanı olan hər kəsi bu faciəyə səssiz dayanmamağa çağırıb:
“Allah rizası üçün, insanlıq adına bu cinayətin dayandırılması üçün hər kəs öz mövqeyini ortaya qoyarsa, türkmən qardaşlarımızın qarşısında heç olmasa, vicdanımız az da olsa rahatlayar. Somali üçün yola düşənlər Türkmən Dağı üçün də əllərini azacıq da olsa daşın altına qoysunlar. Yardım da edə bilərsiniz. Türkiyədə bu yöndə yardım kampaniyaları davam edir. O hesablara da imkanınız nəyə çatarsa, yardım edək ki,bir türkmən balası acından ölməsin.Ürək yanmasa gözdən yaş gəlməz. Hər yer güllük-gülüstanlıq olanda, türkçülük, millətçilik və müsəlmanlıq etmək çox asandır. Dar günün millətçisi, ağır günün müsəlmanı olun. Allah türkmən qardaşlarımızın yardımçısı olsun”.

İnterpress.az