“Günəşli” hadisəsində Rusiyanın əli varmı? – Araşdırmabackend

“Günəşli” hadisəsində Rusiyanın əli varmı? – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyənin “Zaman” qəzetinin şərhçisi Mehmet Çetingüleç maraqlı bir araşdırma ilə gündəmə gəlib.

Araşdırmaçının yazısını oxuculara təqdim edirik:

“Günəşli” hadisəsində Rusiyanın əli varmı? - Araşdırma

“Ümumilikdə 1,4 trilyon kubmetr qaz ehtiyatına malik Şahdəniz-2 yatağına Türkiyə 19 faiz şərikdir. Şahdənizin ehtiyatı 34 trilyon kubmetrlik İran ehtiyatının yanında kiçik görünsə də,Türkiyə və Avropanın ehtiyacını uzun illər qarşılama potensialına malikdir. Bu yatağdan 2018-ci ildən etibarən ildə 16 milyard kubmetr qaz gələcək. Sonrakı 5 il ərzində 31 milyard kubmetrə çıxacaq. Gələn qazın ilk fazada 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya veriləcəkdi. Təcili ehtiyac üzündən bölgü dəyişib. Türkiyəyə 10, Avropaya 6 milyard kubmetr qaz gedəcək. Azəri qazını Türkiyəyə və Avropaya daşıyacaq olan TANAP boru kəmərinin inşasını da sürətləndiriləcək və mümkünsə 2018-ci ildən əvvəl qaz axını açılacaq.

“Günəşli” hadisəsində Rusiyanın əli varmı? - Araşdırma

Bundan başqa, Azərbaycandan qeyd edilən ildə 6,6 milyard kubmetr qazın miqdarı artırılacaq. Bu məqamda həlledici bir sual qarşıya çıxır: Rusiya öz qazına alternativ təşkil edən Azərbaycana nə deyəcək? Azərbaycan; Sovet İttifaqı və Müstəqil Dövlətlər Birliyində Rusiya ilə birlikdə eyni orbitdə yer almış bir ölkədir. Moskvanın təsir dairəsindən tamamilə çıxması asan deyil. Hər nə qədər Türkiyə ilə qardaşlıq bağları olsa da, Azərbaycan rəhbərliyi Rusiyanın istəmədiyi bir şeyi etməkdə çətinlik çəkəcəkdir. Bu arada, Xəzər Dənizində cümə axşamı çıxan Azərbaycana aid bir neft platformasında yanğın şübhə doğurur. Platforma, Azərbaycan dövlətinin neft şirkəti Socar-a aiddir. Socar; Şahdeniz-2 ərazisində qaz yataqları ilə qazı Türkiyə və Avropaya nəql edəcək TANAP boru kəmərinin ən böyük tərəfdaşıdır. Görəsən, yanğında sabotaj ehtimalı varmı? Bununla Rusiya SOCAR-ı təhdid etmək istəyirmi? Qısaca onu demək olar: Azərbaycan qazı Rusiyanın təzyiqi və heç hesabda olmayan faktorlarla riskə girə bilər. Rusiya, Türkiyənin daha çox qaz almağı planlaşdırdığı İrana da təsir edə bilər. İran Suriyada zidd qütblərdə yer almağımız və pozulmağa üz tutan siyasi əlaqələrimiz üzündən qaza qarşı gözləntilərimizi təmin etməyə bilər. İsrail və Misir qazı diplomatik gərginlik xəttində! Bəs Türkiyə nə edəcək? A, B, C planları hazırlanarkən bu ehtimallar nəzərə alınır mı? Aparılan danışıqlar ən sürətli qazı Qətərdən ala biləcəyimizi göstərir. O da maye qazdır. Gəmilərlə gəlir. Saxlama gücümüz aşağıdır. Bu yolla Türkiyənin 50 milyard kubmetrlik ehtiyacını ödəmək mümkün deyil. Geriyə Şimali İraq qazı qalır. Xətti çəkib qazı gətirmək bir neçə il davam edə bilər. Qaldı ki, İraq rəhbərliyi ilə aramız yenidən pozuldu. İraq Baş Naziri Heydər Əl-Abadi, Mosula göndərdiyimiz əsgərlərə qarşı Rusiyadan kömək istəyəcəklərini deyib. Bəlli ki, Türkiyə ilə Rusiyanın İraq torpaqlarında toqquşdurulması planlaşdırılır. Münaqişədə olduğumuz ölkələrin sayı getdikcə artır. Bu necı xarici siyasətdir?”

İnterpress.az