Bir ildə 100 min 42 nəfər niyə intihar edib?-ARAŞDIRMAbackend

Bir ildə 100 min 42 nəfər niyə intihar edib?-ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərin ən ağrılı mövzularından biri kimi intiharı göstərmək olar. İntihar bədbəxt hadisə nəticəsində insanın özünü öldürməsinə deyilir. Artıq intihar insanların yaşadıqları həyatdan yaxa qurtarmaq üçün çıxış yoluna çevrilib. Bəzən yaşadıqlara məkana, həyat tərzinə adaptasiya oluna bilməyən insanlar cəmiyyətdə öz yerlərini də görə bilmirlər.

Çox adi bir məsələdən depressiyaya məruz qalan insanlar sonda kəndirlərə, eyvanlara, körpülərə pənah aparırlar. Bəzən öz həyatlarından, yaşam tərzindən bezdiklərini etiraf edən insanlarla rastlaşırıq. Sanki, onlar arzu etdikləri və sakini olmaq istədikləri həyatın gözəlliklərinin təsirinə məruz qalıblar. Bu səbəbdən də, yaşadıqları real həyata adaptasiya olunmaqda çətinlik çəkirlər. Belə insanların başları sakini olmaq istədikləri xəyali həyatla, yaşadıqları real dünyanın fərqini ayırmağa qarışdığından onlar həyatın nəbzini də tuta bilmir. Bu isə artıq onların məşğuliyyətinə çevrilir. Elə hər şey də buradan başlayır.
İnsanı intihar həddinə çatdıran müxtəlif səbəblər olsa da, sonuncu amil kimi ümidsizliyi göstərə bilərik. Çünki, ümidli insan istənilən maddi, fiziki və mənəvi çətinlikdə olsa belə, o, hər şeyin sonda müsbət olacağına inanır. Bu ümid onun həyata baxışını müsbət məcrada formalaşdırır.

İstənilən intihar edən şəxslər sonradan peşiman olurlar?

Psxoloqların fikrincə, hazırda dünya əhalisinin müəyyən bir hissəsi mənəvi böhrandan əziyyət çəkir. Depressiya xəstələrinin 15%-i isə intihara cəhd nəticəsində həyatlarını itirirlər. Eyni zamanda, psixoloqlar xüsusən orta yaşlı insanların sosial-iqtisadi çətinliklərdən əziyyət çəkdikləri üçün özlərinə sui-qəsd təşkil etmələrini deyirlər. Həmçinin, intihar edən bir kəsin etdiyi bu əməldən peşiman olduğu da vurğulanır.

Məlumata görə, dünyada hər 40 saniyədə bir adam intihar səbəbindən dünyasını dəyişir. Təbii ki, insan dünyaya gəldiyi andan etibarən, artıq onda sosiallaşma dövrü başlayır. Sosiallaşan cəmiyyətdə öz yerlərini görməkdə çətinlik çəkənlər intihar həddinə çatırlar. Çünki, dostları tərəfindən qınaq obyektinə çevrilən, valideynləri tərəfdən tənqid olunan və ətrafında bir nəfər olsun belə, insan olmayan bir kəs artıq cəmiyyətdən təcrid olunmağa başlayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2011-ci ildə verdiyi hesabata görə, intihar hadisəsi dünyada Skandinaviya ölkələri arasında geniş yayılmış ölüm səbəbidir. Daha çox kişilərin intihar etdiyi bu ölkələrdə intihar edənlər sırasında 5 yaşından tutmuş 75 yaşına qədər insanların olduğu deyilir.

İntihar səbəbləri nədir? İnsan intihardan yaxa qurtara bilərmi?

ÜST-ün hesabatına görə, 2007-ci ildə Finlandiyada ümumilikdə, 993 adam intihar nəticəsində dünyasını dəyişib. Hesabatda qeyd olunur ki, ölkələr siyahısında Norveç 35-ci, Danimarka isə 36-cı sırada yer alıb. ÜST intihar səbəbləri kimi ruhi gərginlik, ruhi xəstəliklər və qış aylarında günlərin qısa olmasını göstərir.
Təcrübələr göstərir ki, intihar qarşısı alına biləcək ölüm səbəbidir. Ola bilər ki, insan beyni ixtiyarsız olaraq, qısamüddətli psixi pozuntuya məruz qalsın. Psixoloq Nadir İsmayılov interpress.az-a bildirib ki, insanı intihar həddinə çatdıran səbəblər çoxluq təşkil edir.

“İnsanlar ruhi xəstəlik, stress, iqtisadi çətinlik, ailədaxili münaqişələr və s səbəblərdən intihar həddinə çatırlar. Cəmiyyətdə psixopatlar var ki, onlar çox həssas psixologiyaya malik kəslərdir. Bu cür insanlar bəzən səbəbsiz yerə özlərindən çıxırlar və qısamüddətli psixoloji, emosional oyanma vəziyyətinə çatırlar. Bəzən olur ki, adam üzərinə alışdırıcı maye tökür. Amma yandırmaq istəyən zaman fikrindən dönür”.

Psixoloq son vaxtlar daha çox 3 səbəbdən insanlarda intihara olan meyilin inkişaf etməsindən danışıb: “Ailədaxili münaqişələr, iqtisadi çətinliklər və iş yerindən qazanılan stresslər. Qısa və konkret olaraq ifadə edim ki, ailədə baş verən ər-arvad münaqişələri, borcun, kreditin, işsizliyin gətirdiyi iqtisadi çətinliklər və iş yerində iş yoldaşları, müdiri tərəfindən hər hansı təzyiqlərə məruz qalma prosesi insanları intihar həddinə çatdırır”.
İntihar nəticəsində dünyasını dəyişmə halları hər il inkişaf edir.

Məlumata görə, dünyada və ölkədə intihar hadisələrinin meydana çıxardığı rəqəmlər ilbəil artmaqda davam edir. Rəsmi statistikaya görə, Azərbaycanda 2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə isə 482 intihar hadisəsi qeydə alınıb. Həmçinin, 2012-ci il ildə baş verən intihar hadisələri nəticəsində dünyasını dəyişənlərin 320 nəfəri kişi, 105-i isə qadın olmaqla 34-ü məktəbli və yeniyetmə, 19-u hərbçi, 5-i isə məhbus olub.
“Yaşlı insanların intihar etməsi xəstəliklə əlaqəlidir”

Demoqrafik cəhətdən intihar edənlər əvvəllər daha çox gənc insanlar idisə, son illər artıq yaşlı nəslin nümayəndələri də çıxış yolunu intiharda görürlər. Psixoloqlar hesab edir ki, gənc nəslin nümayəndələri özlərinin daha dəliqanlı zamanlarını yaşadıqları üçün yaşlı insanlardan fərqli olaraq, intihara bir addım daha yaxındılar. Amma yaşlı insanların canlarına qıyması onların psixoloji problemlərinin mövcudluğundan xəbər verir. Sosiloq N. İsmayılov qeyd edib ki, yaşlı insanların intihar etməsi artıq xəstəliklə əlaqəli bir məsələdir: “Bu zaman həmin insanda depressiyanı axtarmaq lazımdır. Yəni, baş vermiş intihar təcrübələri onu göstərir ki, yaşlı insanlar daha çox ruhi xəstəlik səbəbindən intihara əl atırlar. Məsələn, 60-65 yaşdan sonra insanlarda qocalıq depressiyaları təzahür etməyə başlayır”.
Psixoloqların fikrincə, dünyada intihar edənlər sırasında kişilərə nisbətən qadınlar üstünlük təşkil edir. Amma son dövrlərin intihar hadisələrinə nəzər yetirdikdə məlum olur ki, artıq kişilər də “intiharçılar” sırasında çoxluq təşkil etməyə başlayıb. Psixoloqlar iddia edir ki, qadınlara nisbətən kişilər daha çox sərt üsulla intihar edirlər. Araşdırmalara görə, kişilər intihar yeri kimi daha çox ictimai yerləri, eyvanları, körpüləri seçirsə, qadınlar isə intihar üçün daha çox yataq otağı, mətbəx və s kimi hisslərə təsir edən, romantik bir məkanlar seçirlər.

Kişilər və qadınların intihar səbəbləri, adətən, ayrı-ayrı məsələlərdən ibarət olur.

Məlumata görə, əksər hallarda kişilər sosial-iqtisadi vəziyyətin çətinliyindən özlərinə sui-qəsd təşkil edirlər. Qadınlar isə məhz mənəvi böhrandan əziyyət çəkdiklərinə görə, etdikləri əmələ görə cəmiyyətdə rüsvayçılıqda ittiham olunmamaları üçün intihara əl atırlar. Psixoloq N.İsmayılov da belə düşünür:
“Statistikaya görə, intihar edənlər sırasında qadınlar çoxluq təşkil edir. Amma bu bölgünü yaşlı insanlar arasında aparsaq, qoca kişilərin qadınlara nisbətən daha çox intihar səbəbindən dünyalarını dəyişdiklərinin şahidi olarıq”.

N.İsmayılov bildirib ki, bir çox ölkələrdə intihar artıq insanların həyat tərzinə çevrilib: “İntihara müxtəlif ölkələrdə müxtəlif cür yanaşmalar mövcuddur. Elə bir ölkələr var ki, orada intihar heç də tənqid olunmur və adi bir hadisə kimi təqdim olunur. Məsələn, Yaponiyada, Yunanıstanda intihar hadisəsi cəmiyyətdə o qədər də ajiotaj yaratmır”.
Psixoloq deyir ki, istənilən depressiyanın müalicəsi vardır. Ona görə də, depressiyaya məruz qalan insanlar vaxtında psixoloqa müraciət etməlidir: “İntiharın qarşısını almaq üçün maarifləndirmə işləri aparmaq, pofilaktika tədbirləri həyata keçirmək lazımdır. İnsanların emosional hisslərinə mənfi təsir edən filmlərın televiziyalarda yer almasına qadağa qoymaq lazımdır”.

Bu ölkədə il ərzində 100 min 42 nəfər intihar nəticəsində dünyasını dəyişir.

Daha çox intihar hadisələrinin baş verdiyi ölkələr Qırğızıstan, Tanzaniya, Çin, Banqladeş, Monqolustan, Polşa, Türkmənistan, Tayland, Sloveniya, Lesoto, Butan, Uqanda, Mozambik, Danimarka, ABŞ, Avstraliya, Bolqarıstan, Rumıniya, Serbiya, İslandiya, İrlandiya, Norveç, Kuba, Avstriya, Yeni Zelandiya, Kanada, Çex Respublikası, Uruqvay, Xorvatiya, İsveç, İsveçrə, Fransa və Belçika və s ölkələrdir.

İnterpress.az 2012-ci ildə aparılan araşdırmalar nəticəsində intihar hadisələrinə görə, 10 ölkənin yer aldığı cədvəli təqdim edir. Eyni zamanda, cədvəldə qeyd olunan ölkədə baş verən intihar hadisələrinin əsas səbəbləri də göstərilir.

10-ci sırada yer alan Finlandiyada intiharın ən böyük səbəbləri kimi spirtli içkidən istifadə göstərilir.

9-cu yerdə qərarlaşan Qazaxıstanda intihar hadisələrinin daha çox gənclər arasında yayıldığı deyilir. Gənclik dövründən doğru və düzgün yararlanmayan insanların psixi pozuntusu intihara yol açır.

8-ci yerdə isə Ukraynadır. Ukrayanda intihar hadisələri daha çox şəhərlərdən kənarlarda, rayon və kənd yerlərində baş verir. Səbəb kimi isə spirtli içki istifadəsi, təhsilin və ailə vəziyyətinin aşağı olması göstərilir.

7-ci yerdə də Sloveniya durur. Bu ölkədə isə iqtisadiyyatın zəif olması intihar hadisələrinin baş verməsinə səbəb olduğu deyilir.

6-ci yerdə qərarlaşan Macarıstanda isə hər şey yaxşı olsa da, intihar hadisələrinin insanların öz istəyindən baş verməsi vurğulanır.

5-ci sırada yer tutan Estoniyada müstəqillikdən sonra intihar hadisələrinin artımı müşahidə edilir.
Burada da sosial-iqtisadi vəziyyətin çətinliyi, ictimai həyata adaptasiya olunmaqda yaranan çətinliklər intihara yol açır.

Latviya isə 4-cü yerdə qərarlaşıb. Belə ki, bu ölkə “dul anaların və intihara meyilli kişilərin torpağı” kimi tanınır.

3-cü yerdə qərar tutan Belarus haqda deyilir ki, bu ölkənin intihar edən kişiləri intihar edən qadınlarından 6 dəfə çoxdur. Burada da intihara səbəb kimi spirtli içki göstərilir.

İntihar hadisələrinin çox olduğu ilk 10 ölkə sırasında Rusiya 2-ci yeri tutur. Qeyd olunur ki, burada xüsusilə, erkən yaşlarında insanlar intihar səbəbindən düyalarını dəyişirlər. Səbəb kimi isə spirtli içki, ailədaxili münaqişələr, valideynlərin himayəsizliyi göstərilir.

İntihar cədvəlində ilk sırada qərarlaşan Litva isə intihar edən əhalisi baxımından dünyada ağıla sığmaz bir rəqəmlə özünü göstərir. Belə ki, ölkədə il ərzində 100 min 42 nəfər intihar nəticəsində dünyasını dəyişir. Kommunizmdən kapitalizmə keçid dövrü yaşayan bu ölkənin əhalisi yeni dövrə adaptasiya olunmaqda çətinliklərlə rastlaşdıqlarından yorulduqlarını etiraf edirlər. Adaptasiya oluna bilməyən əhali ümidsizliyə qapılır. Beləliklə, ümidsizliyə qapılan cəmiyyət özünü ölümə məhkum olunmuş hesab edir.

Azərbaycan dünyanın intihar siyahısında 98-ci yerdədər.

Bütün dünya üzrə 2011-ci ilə qədər ölkələr üzrə ən çox intihar halları qrafik üzrə belədir.

Bir ildə 100 min 42 nəfər niyə intihar edib?-ARAŞDIRMA

Bir ildə 100 min 42 nəfər niyə intihar edib?-ARAŞDIRMA

Bir ildə 100 min 42 nəfər niyə intihar edib?-ARAŞDIRMA

Bir ildə 100 min 42 nəfər niyə intihar edib?-ARAŞDIRMA

Qeyd edək ki, ümumdünya statistik məlumata görə, dünyada intihar hadisələrinin çox az baş verdiyi ölkələr ərəb və Afrika ölkələridir. Bu ölkələr sırasında Malayziya, İordaniya, Boliviya, Mərakeş, Qətər, Barbados, Peru, Azərbaycan, Maldiv adaları, İran, Haiti,Yamayka, Suriya və Misir, Əlcəzair, Liviya, İsrail, Livan, Niger, Oman, İran, Qvatemala, Braziliya, Özbəkistan, Kolumbiya, Bəhreyn, Türkiyə, Venesuela, Meksika, Paraqvay, Tacikistan, Ermənistan, Gürcüstan, Filippin, Küveyt, Albaniya, Azərbaycan qərarlaşıb.

Qeyd edək ki, intihar hadisələrinə görə, Azərbaycan 98-ci sırada özünü göstərir.

Səid QƏRİB
İnterpress.az