Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Veysəloğlu” da qiymətləri qaldırdı - Açıqlama

Azərbaycan bazarının ən böyük ərzaq təminatçılarından olan “Veysəloğlu” şirkəti təqdim etdiyi mallarda qiymət artımı edib.

Dərc edilib: 22 dekabr 2015 [14:58]
Baxış sayı: 1141

Bu, şirkətin yaydığı məlumatda öz əksini tapır.

Məlumatda deyilir:

“Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı üzən məzənnə rejiminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaratmışdır. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirdir.

Veysəloğlu Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcəkdir.

Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri etmişdir”.

Interpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 136