Azərbaycan manatı son 20 ilin ən aşağı səviyyəsindəbackend

Azərbaycan manatı son 20 ilin ən aşağı səviyyəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft qiymətlərinin son 11 ilin ən aşağı səviyyəsində geriləməsinin ardınca Azərbaycan Mərkəzi bankının aldığı iqtisadiyyat kontrollu qərarı manatı son 20 ilin ən aşağı səviyyəsinə çatdırdı.

İnterpress.az xəbər verir ki, Bloomberg.com Azərbaycanda baş verən devalvasiyadan yazıb. Xəbər ajentliyinə danışan ekspertlər köhnə Sovet İttifaqının ən böyük üçüncü ölkəsi olan Azərbaycan xaricidən gələn iqtisdai böhrana dözə bilməməsi və manatını sərbəst üzən məzənnəyə keçirməyə məcbur olduğundan danışıblar. Mütəxəssislər üeyd ediblər ki, son 12 illik müddətdə yalnız bir dəfə devalvasiyaya uğrayan manatın kursu yüksək sürətlə düşüb. Bloomberg.com paytaxt Bakıda 1 ABŞ dollarının anidən 1.55 manat səviyyəsinə yüksəlməsini də qeyd edib.

Azərbaycan manatı son 20 ilin ən aşağı səviyyəsində

“Nomura İnternational” Şərqi-Avropa strateqi Timoti Aş Azərbaycandakı son vəziyyəti belə qiymətləndirib:

“Bu Xəzər dənizi ölkəsinin ixracatının 90 faizindən çoxunu neft təşkil edir. Azərbaycanda 2015-ci ildə manatın kursu iki dəfə düşüb. Neftin qiymətindəki bu böhran qarşısında Rusiya 25 faizlik bir ziyanla iqtisadiyyatının tarazlığını saxlamağa çalışdı. Amma Azərbaycan Mərkəzi Bankı manatı qorumaq adıyla demək olar ki, yandırdılar. Əslində manatın bu qədər aşağı enməsi gözlənilən idi. Sadəcə indiyə qədər manatı ayaqda tutmaq özü bir sürpiz idi. Manat dolların qarşısında 50 faizlik itkiylə bu il dünyanın ən pis performansını göstərdi.

Azərbaycan manatı son 20 ilin ən aşağı səviyyəsində

Noyabr ayına qədər rezerv nisbəti 6.2 milyard dollar olan Azərbaycan Mərkəzi Bankında ötən il bu rəqəm 15 milyard idi. Xammal sürüşməsinin ardından rus rublundakı çöküş Azərbaycana da təsir etdi. Bu isə Azərbaycanda böyük iqtisadi böhrana yol açır. Azərbaycanın keçmiş sovet müttəfiqləri Rusiya və Qazaxıstan keçən il üzən pul rejiminə keçdiyi zaman Mərkəzi Bankı buna ehtiyacının olmadığını demişdi. Hətta Mərkəzi Bankın idarə heyətinin sədri 25 sentyabrda televiziya vasitəsi ilə verdiyi açıqlamada da manatın heç bir devalivasiyaya ehtiyacı olmadığını demişdi. Manatın çöküşü bu gün Azərbaycanda valyuta mübadiləsi məntəqələrində qarışıqlığa səbəb oldu.

Azərbaycan manatı son 20 ilin ən aşağı səviyyəsində

Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlayan və reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya olan Fitch Ratings-ə görə Azərbaycanın 51 faizlik ilk devalvasiyadan sonrakı neft ixracatını və manatın səviyyəsini nəzarət altına alaraq iqtisadiyyatı yenidən sabitləşdirməsinə zərurət yaranacaq.

İnterpress.az