2016- cı ildə DAK ilk toplantısını Moskvada keçirəcəkbackend

2016- cı ildə DAK ilk toplantısını Moskvada keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın müxtəlif ölkələrində DAK-ı təmsil edən İdarə Heyəti yetkililərinin paltalk vasitəsilə qoşulduğu görüşdə dünya Azərbaycanlılarını təmsil edən ən böyük beynəlxalq diaspor qurumu olaraq DAK- ın arxada qalan son ilinin nəticələri və gələcək fəaliyyət yönümləri müzakirə edilib. Toplantıda Güney Azərbaycandakı son durum, Rusiya Türkiyə qarşıdurması ilə şəkillənən dünyanın gərgin siyasi gedişatı əsas müzakirə mövzularından olub. Rusiya Türkiyə münasbətlərinin pozulması fonunda hər iki ölkədə və bölgədə yarana bilən fəsadların ağırlığından narahatlığını ifadə edən konqres üzvləri adı çəkilən ölkələrin dövlət məsullarına və ictimaiyyətinə Azərbaycan türkləri adından müraciət qəbul etməyi qərara alıblar. Bu məqsədlə DAK- ın qarşıdan gələn ildə ilk toplantısının Moskvada keçirilməsi nəzərdə tutulub.

Müzakirə olunan digər məsələlərdən biri də “ 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” nün qeyd edilməsi ilə əlaqədar lazımi hazırlığın aparılması olub. Bununla bağlı DAK İdarə Heyəti üzvləri bədii tərtibatlı musiqili törənin keçirilməsinə qərar veriblər.

İnterpress.az