Avropa İttifaqı 3 ölkəyə vizasız rejim tətbiq edəcəkbackend

Avropa İttifaqı 3 ölkəyə vizasız rejim tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Avropa İttifaqının Rusiyadakı səfiri Viqaudas Uşaçkas bildirib.

“Avrokomissiyanın qərarı onu göstərir ki, Ukrayna, Kosova və Gürcüstan vizasız rejimin tətbiq edilməsi üçün lazımi tələblərə əməl edir. Növbəti addım qanunvericilik prosesi olacaq. Avrokomissiyanın təqdim edəcəyi yeni qanunvericilik isə Avropa İttifaqı ölkələri və Avroparlament tərəfindən təsdiqlənəcək”, – deyə V. Uşaçkas qeyd edib.

Bununla yanaşı, səfir bildirib ki, bunun üçün konkret vaxt demək düzgün deyil: \”Lakin mən inanıram ki, gələn ilin ikinci yarısından bu ölkələr üçün vizasız rejim tətbiq ediləcək”.

Xatırladaq ki, Avropa Komissiyası adıçəkilən ölkələrin Avropa İttifaqı ilə viza liberallaşdırılması üçün bütün şərtləri yerinə yetirdiyini bildirmişdi.

İnterpress.az