Azərbaycan Tacikistana humanitar yardım göndərirbackend

Azərbaycan Tacikistana humanitar yardım göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından FHN hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Qeyd edək ki, bu ilin dekabrın 7-də Tacikistan respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.

İnterpress.az