Deputat Cahangir Hacıyevin həbsxanadan yazdığı məktuba cavab verdibackend

Deputat Cahangir Hacıyevin həbsxanadan yazdığı məktuba cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə millət vəkili Zahid Oruc Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həbsxanadan məktub yazmasını “musavat.com”a şərh edərkən bildirib.

“Əksər hissəsinin ofşor zonalarda olduğuna heç bir şübhə yeri qalmayan oğurluq pullar bir nəfər şəxsin deyil, ən azı iki hakimiyyət qurumunun dövlətə neçə böyük zərbə vura biləcəyini təsdiq edir. Əgər təkcə ”Akula Akif\”in seyfindən çıxan onlarla mülkiyyət aktlarını – İspaniyadan Baham adalarına qədər olan villaları pula çevirib dövlətə qaytarmaq mümkün olsa, Azərbaycanda dollar kreditçilərinin yükünü bir xeyli yüngülləşdirmək mümkün olardı\”,- deyə millət vəkili vurğulayıb.

Millət vəkili Zahid Oruc davam edib: “Təkcə Cahangir Haciyevin deyil, heç bir bəndənin qandallanmasını istəmirik. İnsanlıq borcu hər kəsdən bunu tələb edir. Lakin ortada böyük cinayət faktları varsa, onu təhqiq etmək də dövlət orqanlarının bir nömrəli vəzifəsidir. Bu yerdə başqa məmurları, yaxud müxtəlif imtiyazlı iqtisadi dövriyyələrdə yer alanları toxunulmaz şəxs kimi ortaya qoyub onlara nəzərən ədalət mühakiməsindən özünü kənarlaşdırmağa çalışmaq da çıxış yolu deyil. Çünki ”presedent hüququ\” bizim qanunvericilik sistemimizdə yoxdur. Ortada olan faktların bir çoxu hər kəsə bəllidir. Beynəlxalq Bankın sistem yaradıcı qurum olaraq sərəncamında olan vəsaitlərin səmərəsiz xərclənməsi inkarolunmazdır. Əslində çoxdan aparılan belə iqtisadi diversiya fəaliyyəti neft bumunun söndüyü və dövlətin digər mənbələrə müraciət etdiyi zaman üzə çıxdı\”.

Dünən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev həbscanadan məktub göndərərək mətbuatda barəsində gedən yazılara münasibət bildirib. Məktubda o, “Azərbaycan Beynəlxalq Bankı”nın törəmə bankı olan MBA-Moskva Bankının iflasa uğramasında heç bir günahının olmadığını bildirir. Həmçinin, C.Hacıyev qudası, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmodovun nə Beynəlxalq Bankla, nə də MBA Moskva Bankı ilə heç bir əlaqəsi olmadığını iddia edir və s.

Millət vəkili Zahid Oruc isə bu cür iddiaların qarşısını almaqa üçün maraqlı təklif verib: “Elə buradaca xüsusi qeyd etməyə dəyər ki, Respublika Prokurorluğu və məhkəmə orqanları hazırda istintaqı aparılan böyük maliyyə cinayətlərinin və talan edilmiş dövlət vəsaitlərinin geri qaytarılmasını şəffaf qaydada, hamının gözü qarşısında həyat keçirməlidir. Yoxsa, oğurlanmış külli miqdarda vəsaitlərin bir əldən digərinə keçməsi millətə heç bir fayda gətirməyəcək. Cahangir Hacıyevin müdafiəsi üçün mediaya ardıcıl yeridilən məlumatların təhlili göstərir ki, hazırda devalvasiya şoku altında olan cəmiyyətdə özlərinə böyük dayaqlar tapmaq, hakimiyyətiçi qruplaşmaların qurbanı olduqları barədə saxta rəy formalaşdırmaq və özünü təmizə çıxarmaq üçün məxfi bir əməliyyat planı qurulub”.

İnterpress.az