Avropa Birliyi və ABŞ Bolqarstanı necə çökdürdü?backend

Avropa Birliyi və ABŞ Bolqarstanı necə çökdürdü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bolqarıstanın iqtisadi durum daha acınacaqlıdır.
1980-ci illərdə Bolqarstan 9 milyon yarım əhalisi olan kiçik bir ölkə idi. Bəlkə də hər kəsin avtomobili yox idi, valyuta mübadiləsi məntəqəsi qadağan idi. Qərbə səyahət çox çətin idi, amma insanlar daha rahat, daha xoşbəxt idilər.

1990-cu ilidəki rejim dəyişikliyindən sonra, tam 25 il sonra Bolqarstanın durumunu duyanların içi bu acıdan göynəyir.

Fransanın keçmiş prezidenti François Mitterrand (21 may 1981-17 may-1995. Sosialist Partiyası) 1989-cu ildə communist hökumətinin devrilməsindən öncə Bolqarstanın paytaxtı Sofyaya səfəri zamanı o dövrün tələbinə uyğun olaraq 12 nəfərlik müxalifətçi ziyalılarla görüşmüşdü. Hamısı Qərb dəyərlərinə və Avropa Birliyinə sitayiş edən bu qrupdakı ziyalılardan bu gün yaşayan 5 nəfəri ötən ilin 21 yanvarda Fransa səfirliyində bir araya gəldilər. Bolqarstan prezidenti Rusen Plevneliyefin də qatıldığı tədbiri Fransanın “Le Monde” qəzetinin əməkdaşları izləyirdilər. Qəzet bu tədbiri “başdan-başa məyusluq və peşimanlıqla dolu olan görüş” adlandırdı.
Görüşdə iştirak edən o ziyalılardan biri, bir mədəniyyət jurnalının rəhbəri olan Çervenkova məyusluğunun səbəbini açıq dilə gətirir: “25 il öncə biz belə bir gələcəyi xəyal etməmişdik. İnsanlar xoşbəxt deyillər, xoş rəftarlarını itirmiş halda və çox aqressivdirlər. Bolqarstan elə bir fəlakət burulğanına düşdü ki, çətin, bir də bu quyudan çıxa. Ötən il ölkəmizdə ölənlər doğulanların iki dəfə çox olub”.

Əslində Bolqarıstanın Avropa Birliyinə girişi bu ölkəni iqtisadi cəhətdən bitirdi. Çünki Bolqarstan Avropa Birliyinə daxil olduqdan sonra, onunla qonşu olan sosialist ölkələri bütünü əlaqələrə demək olar ki, son qoydu. Bununla yanaşı, AB üzvü kimi bu ölkə yeni iqtisadi sistemini də ortaya qoya bilmədi. Çünki AB üzvü olan ölkələr artıq öz müstəqilliyini itirmiş olduqlarından idarə edən deyil, idarə edilən oldu.

Üstəlik, 1980-ci ildə 9 milyon əhalisi olan Bolqarstanda, kasıbçılıqdan, sosial həyatın yerin dibinə girməsi səbəbindən doğum faizini aşağı endirdi. Gənclərin ölkəni sürətlə tərk edərək, Avropa ölkələrinə qaçması isə əhalinin sayını 7 milyona çatdırdı. Aradan keçən 35 il ərzində əhalinin sayı artmaq əvəzinə 2 milyon azalıb.
Orta əməkhaqqı 100 avro olan Bolqarstanda əhalinin dörddə biri faizi 60 yaşın üzərindədir. Ölkədə doğuş qabiliyyətinə malik qadın sayı az olasa da, aborta görə dünya birincisidir. Demoqrafiya alimlərinin fikirinə görə, Bolqarıstanda əhalinin sayının sürətlə azalmasının qarşısını almaq mümkün deyil.

Bütün bunlarla yanaşı ölkənin problemlərinin həll edilməsi ümidi də yoxdur. Çünki bu, sadəcə mümkün deyil. Bu ölkədə səsvermə faizi də yox dərəcəsindədir. Əhalinin ancaq 4örddə bir hissəsi səsvermədə iştirak edir. Xalq ədalətsiz sistemə o qədər alışıb ki, artıq vətəndaşlıq hissi də yox olub.

Ölkənin iqtisadiyyatının dirçəlməsi üçün yeganə ümid yeri olan Güney Akım Layihəsi də -“South stream” (Rusyanın Avropaya təbii qaz daşımaq üçün Qara dənizin altından keçirəcəyi boru xətti layihəsidir. Bu layihə Nabucco-ya siyasi alternative kimi ortaya çıxarılmışdı. Əgər bu layihə reallaşarsa, Avropanın Rusiya qazına ehtiyacı 60, bəzi ölkələrdə isə 100 faizə qalxacaq) ABŞ və AB tərəfindən əngəlləndi. Artıq həm sosial, həm iqtisadi sahədə çökən Bolqarstanda ancaq əhalinin acından ölməməsi üçün şəxslərin həyata keçirə biləcəyi layihələr fəaliyyətdədir ki, bunun da bir ucu AB-a və ya ABŞ-a bağlıdır. Bir sözlə, ABŞ bu ölkəni AB-a üzv etmək siyasəti ilə silahsız işğal edib, son nəfəsi kəsilənə qədər boğdu və məhv etdi.

Ölkəni AB-a üzv olmağa, ABŞ-ın “demokratiyasınadan yararlanmağa” sürəkli çağırışlar edən siyasətçilər bu gün yağ-bal içində yaşayır, hətta utanmadan son nəfəsini alan Bolqarıstan hökumətindən sosial yardım da alır. Bu ölkədə hər il ən azından 10-15 insan sosial problemlər ucbatından özünü yandıraraq intihar edir.
Bolqarıstan ziyalıları bu gün Rusiya ilə bütün əlaqələrini kəsib, özünü müstəqil elan edərək, ABŞ-a, AB-a üz tutan Ukraynaya acıyırlar. Çünki illər sonra Ukrayna da eyni ilə Bolqarıstanın çöküşünü yaşayacaq. Bu reallıq o qədər qaçılmazdır ki, bolqar ziyalıları bu acını yaşamaqda olan qurbanlar kimi Ukraynaya acımaqdadırlar. Bolqarıstan ziyalıları “bizim kimi, Ukrayna da AB-a doğru istiqamətləndirilib və qlobal kapitalizmə alət olmaqdadır” deyirlər.

Bolqar ziyalıları bu tələni çox gec qavradılar. F.Mtterandın 1989-cu ildə görüşdüyü bolqar ziyalılarının bu günki mövqeyi yanılmış insanın hər kəsə verə biləcəyi dərslərlə doludur. Aldanmış, ölkəsinin məhv olmasında birbaşa rolu olduğunu görən bolqar ziyalıları bu peşimançılıqdan nə qədər yanıb yaxılsalar da geriyə yol yoxdur. Amma onların içi məsləhətlərlə doludur: “Kapitalizm hədəflədiyi ölkələrdə öncə ziyalıları təsir altına almağa çalşır, onları məlum bir yerə qədər “parıldadır”, istifadə edir, işləri bitikdən sonra isə zibiliyə zibil atırlarmış kimi tullayırlar.

Liberal Qərb bir zamanlar sırf kommunist əleyhdarları olduqları üçün Soljenitsin, Zinovyev kimiləri göyə qaldırsa da, Rusyada rejim devrildikdən sonra Soljenitsina, Zinovyevə “ənənəçi”, “geridəqalmış” damğası vurdu. Əslində bu, Qərbpərəstlərə bir dərs olmalıdır.

Əslinə qalanda bu gün Qərb və ABŞ keçmişdə olduğu kimi “mədəni” şəkildə mübarizə aparmaq gücündə deyil. Bu günki Qərbin silahı Ukraynanı darmadağın edən, Ukraynanın qərbyönümlü ziyalıları, Maydana doluşdurduğu araqarışdıranlar və feministlərdən ibarətdir. Qərbin bu günki döyüş qabliyyəti də Soljenitsinlərdən feministlərə, yüksək mədəniyyətdən “bara” enib.
Əgər xatırlayırsınızsa, Maydan hərəkatı zamanı Ukraynanın Evrovision mahnı yarışmasında birincilik qazanan müğənnisi Ruslana çılğın kütləyə özünü yandıracağı ilə söz verdi. Lakin dediyi vaxt yetişsə də o, vədinə əməl etmədi. Ondan bu yalançılığının səbəbini soruşanda isə çox maraqlı cavab verdi: “Mən kütləni daha da qızışdırmaq üçün belə dedim. Əslində özümü yandırmaq fikirm yoxdur”.

Abuzər Azəroğlu
İnterpress.az