Milli Məclis: Saytın fəaliyyətinə hər hansı təsir göstərmək qeyri-mümkündürbackend

Milli Məclis: Saytın fəaliyyətinə hər hansı təsir göstərmək qeyri-mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əslində isə həmin gün Ermənistan xakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyib. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək sayta girişi mühafizə məqsədilə qısa müddətdə məhdudlaşdırib və sonradan sistem administratoru tərəfindən bərpa edilib.

Milli Məclisin həm inzibati, həm də texniki imkanları bu cür hücumların vaxtında qarşısını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər hansı təsir göstərmək qeyri-mümkündür.

İnterpress.az