Rəsulzadəni təhqir edən deputat məhkəmə qarşısındabackend

Rəsulzadəni təhqir edən deputat məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı Cebhe.info-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı verib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər şöbəsinin sədri Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadənin ünvanına ağır ifadələrlə təhqiredici fikirlər söyləyib: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətinin, Azərbaycanın bayrağınının və suverenliyinin banisidir. Naqif Həmzəyevin işlətdiyi ifadələr isə göstərir ki, mövcud rejim müsavatçılığın, dövlətçiliyin düşmənidir. Rəsulzadə mövzusu Müsavat Partiyası üçün son dərəcə həssas bir məsələdir”. Gülağa Aslanlı onu da əlavə edib ki, yanvarın 14-də keçiriləcək məhkəməyə Müsavat Partiyasının Mərkəzi Aparatından nümayəndələr, tayon təşkilatları, həmçinin Gəncəbasardan bütün müsavatçılar qatılacaq. Xatırladaq ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər şöbəsinin sədri Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadənin ünvanına təhqiredici fikirlər söyləyib.

İnterpress.az