“Sadəcə ayıbdır, həm də çox ayıbdır…”backend

“Sadəcə ayıbdır, həm də çox ayıbdır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AXCP sədri Razi Nurullayev əfv sərəncamına münasibət bildirərkən bildirib. O, qeyd etdiyi hər iki tərəflə bağlı fikrinin mənfi olduğunu qeyd edib:

“Qərb sözçülük edir, heç bir davranışı və heç bir fəaliyyəti kağızdan o yana keçmir. ABŞ-ın Azərbaycana sanksiya tətbiq etməsinə də inanmıram. Yenidən geosiyasi və strateji maraqlar üstün gələcək və o prezident İlham Əliyevlə \”barışacaq\”. Heç sanksiya tətbiq etsə də xeyri olmayacaq. Azərbaycan iqtisadi cəhətdən Amerikadan asılı ölkə deyil. Nə idxal nə də ixrac baxımından.

Avropa da Azərbaycana sanksiya təbiq edən deyil, əməkdaşlıqdan imtina da edən deyil. Ancaq və ancaq tənqid və sözçülük. Əgər sözün arxasında güc dayanmırsa, ən yaxşısı sus və siyasi qurbanlar üzərindən öz maraqlarını həyata keçirməyə çalışma. Çünki, Avropa Birliyi heç zaman siyasi qurum olmayıb və bu gün də deyil. Buna görə də onun iqtisadi maraqları siyasi maraqlarından milyon tonlarla ağırdır. Elə bu ağırlıq da davam edəcək. Demək ki, onların siyasi məhbuslarla bağlı bəyanatları heç nəyə kömək etməyəcək. Belarusa tətbiq etdikləri sanksiya və qadağalar kömək etdimi ki, Azərbaycan qarşı olanlar yardım etsin…”

Razi Nurullayev Azərbaycan iqtidarının bu mövzuda apardığı siyasət haqda da fikrini bölüşüb:

“Sadəcə ayıbdır. Həm də çox ayıbdır. İvan, Petrov, Maykl, Corc, Kris, Smis və çoxlu xarici adlar nə deyir desin, nə edir etsin, sən niyə onlara görə öz vətəndaşını cəzalandırırsan? Sən niyə Krislərin, Smislərin, Petrovların acığını siyasi məhbuslardan çıxırsan? Bu ali dövlətçiliyə yaraşarmı?

Nə qədər gec deyil və nə qədər ki, günahlarınız ərşə qədər yüksəlməyib, siyasi məhbusuları azad edin. Onlar günahsız şəkildə məhbus həyatı yaşayan məğrur və adil vətəndaşlardır”.

İnterpress.az