Çin və Pakistan birgə hərbi təlim keçirəcəkbackend

Çin və Pakistan birgə hərbi təlim keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Kommunist Partiyası (ÇKP) rəsmi nəşr orqanlarından “Global Times”-ın xəbərində, ölkənin şərqində Şanxay şəhərindəki Vusong Limanına, ikitərəfli təlimə qatılmaq və Çin donanması ilə müdafiə əməkdaşlığını artırmaq məqsədiylə 2 Pakistan donanma gəmisinin yan aldığı ifadə edildi.
Şərqi Çin dənizində həqiqi güllə ilə hava və quruda saxta hədəflərin vurulacağı təliminə, xüsusi əməliyyat qüvvələri, vertolyot, sualtı, təyyarə və gəmilərlə yanaşı Pakistan donanmasında 591 rütbəli və əsgərin qatılacağı ifadə edilir.
Xəbərə görə, Pakistan donanması ilə Şanxaya gələn Pakistan 25-inci Destroyer Flot Komandiri Bilal Abdul Nasir, terrorla mübarizə çərçivəsində də Çin ilə ortaq təlimlər, məlumat mübadiləsi və ortaq təhsil icra etmə planlaşdırdıqlarını ifadə etdi. Bundan əlavə iki ölkənin dəniz quldurluğuna qarşı əməliyyatlarda əməkdaşlığın olduğu da vurğulandı.
Digər tərəfdən təlim üçün üçün gələn Pakistana aid “shamsheer” və “Nasr” adlı donanma gəmilərinin, Çinin “Hudong-Zhonghua” Gəmi İnşaatı Şirkətinin tərsanələrində istehsal edildiyi bildirildi.
Çinə gəlmək üçün 23 Oktyabrda səfərə çıxdığı və Şanxaya çatmadan müəyyən bir müddət Sri Lanka, Maldiv və Bruney Sultanlığında lövbər saldığı yazılan Pakistan donanma gəmilərinin, Çində də öz vəzifəsini tamamladıqdan sonra Vyetnam və İndoneziyaya getmək üzərə yol alacağı açıqlanıb.

Çin və Pakistan birgə hərbi təlim keçirəcək

Çin və Pakistan birgə hərbi təlim keçirəcək

Çin və Pakistan birgə hərbi təlim keçirəcək

İnterpress.az