Paytaxtda aptekə basqın edən gənc saxlanılıbbackend

Paytaxtda aptekə basqın edən gənc saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 11-i saat 23:30 radələrində, Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakin Murad Hüseynovun əlindən 110 manatını alıb qaçaraq yaxınlıqda taksi fəaliyyəti ilə məşqul olan Rəşad Məhərrəmovun idarə etdiyi «Mercedes» markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib. Daha sonra Azadlıq prospektində maşından düşərək qaçıb. Binəqədi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az