“20 milyonluq villa” olayının arxasındakı gizlinlər – Ərdoğanın SOCAR intiqamı?backend

“20 milyonluq villa” olayının arxasındakı gizlinlər – Ərdoğanın SOCAR intiqamı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın bu olayla bağlı növbəti araşdırması isə “Könül Mehdiyeva 20 milyon dolları necə qazanıb” sualını qoymur. Bu dəfə daha maraqlı məqamlara toxunduq. Könül Mehdiyevanın mətbuatda yayılan şəklinin bank kamerasından alınan görüntü olduğu bəllidir. Lakin ortaya başqa sual çıxır. Axı necə olur ki, Türkiyədə hansısa bankın kamera görüntüsü Azərbaycan mətbuatına sızır? Azərbaycanlı məmurların bir çoxunun Türkiyənin müxtəlif şəhərlərində daha bahalı malikanələri var. Amma nədənsə 20 milyonluq villa gündəmi zəbt etdi.

Nədən Türkiyədə digər məmurların deyil, məhz SOCAR rəisinin mal-mülkü gün üzünə çıxarıldı?

Bu sual da ağıllara bir ehtimalı gətirir: Görəsən bu, Ərdoğanın SOCAR-dan aldığı bir intiqamdırmı? Ehtimallara görə, SOCAR-la bağlı bütün neqativ məlumatların ortaya çıxmasında Türkiyə tərəfi maraqlıdır. Bunun da səbəbi bəllidir. Rəcəb Tayyib Ərdoğanın nurçularla olan ədavəti. Bildiyiniz kimi istər Azərbaycan, istərsə də Türkiyə mətbuatında dəfələrlə SOCAR-ın Azərbaycanda nurçuların məktəblərini və digər layihələrini maaliyyələşdirdiyi yazılıb. Bu şirkətin nurçuluq cərəyanına olan sevgisi göz qabağındadır. Bu isə nurçularla, nurçuların ideoloji rəhbəri Fətullah Gülənlə münasibətləri son dərəcə gərginləşən Ərdoğoğanı qıcıqlandırır. Bu qıcıq yəqin ki, gələcəkdə məmurlarımızın Türkiyədəki daha böyük gizlinlərini faş edəcək. Bütün bu səbəbləri göz önünə gətirdiyimiz zaman və məlumatın Türkiyədən çıxdığını nəzərə alarsaq bir ehtimal ağıllara gəlir.

Ərdoğan Rövnəq Abdullayevdən intiqam alır?

Bütün bu fikirlər əlbəttə ki, dəqiq məlumatlar deyil, amma hadisələri yaxından izləyən və analiz etmə qabilliyyəti güclü olan hər jurnalist bu ehtimalı göz önünə gətirə bilər. Əslində Türkiyə tərəfi istəsə Rövnəq Abdullayevin və diğər vitse-prezidentlərin də sahib olduqları mal varlıqlarını açıqlaya bilərdi, amma görünür ilk addımda daha balaca “fiqur” seçilib. Yəni, ehtimal olunur ki, Türkiyə tərəfi SOCAR-ın prezidenti və vitse-prezidentləri deyil, hələ adi bir işçisinin sahibi olduğu müllklərin siyahısını mediaya ötürməklə diqqəti Dövlət Neft Şirkətindəki digər rəhbər şəxslərin edə biləcəkləri korrupsiya və yağmalanma hallarına yönəltmək istəyir. Görünür bütün bu məlumatı ötürməklə insanlarda və müəyyən dairələrin ağıllarında bu sualı yaratmaq istəyir: “Hələ adi bir rəis müavininin bu qədər pulu varsa, görəsən SOCAR rəhbərliyində olanların nələri var?”

Yazını hazırlayarkən SOCAR rəsmisi əvvəlcə açıqlama verdi ki, xəbər yanlışdır. Biz də bu dağ kimi sənədlərin qarşısında bu açıqlamanı verməkdənsə “o, qadın mənim arvadım deyil” açıqlamasını vermək ağıllı addım olardı demişdik ki, çox keçmədən Qiymət Mehdiyev bu açıqlamanı da verdi. Çünki məsələdən çıxmağın yeganə yolu imtinadır. Ya dağ kimi sənədlərdən, ya da ki, “o, qadın mənim həyat yoldaşım deyil” deməklə oxları üzərindən götürmək, amma sonradan mətbuatın hafizəsində əbədi olaraq “arvadından imtina etdi” kimi xəbər başlığı ilə qalmaq.
Fakt o qədər güclü silahdır ki, hətta insanı öz yaxınından belə imtina etdirə bilir. Bu silaha qarşı silahları olmayanlar üçün görünür ikinci yol daha rahat oldu. O zaman gərək Qiymət Mehdiyev mediada yayılan və oğlu olduğu iddia edilən Qismət Mehdiyevdən də imtina etsin. Çünki, Qismət Mehdiyevin facebook səhifəsində paylaşdığı şəkillər arasında bir qadın var ki, məhz o qadın Türkiyə və Azərbaycan mətbuatında “20 milyona 16 villa alan qadın” kimi tanınan qadınla eynidir. Oxucular diqqətlə baxanda bu eyniliyi də görəcəklər.

“20 milyonluq villa” olayının arxasındakı gizlinlər - Ərdoğanın SOCAR intiqamı?

“20 milyonluq villa” olayının arxasındakı gizlinlər - Ərdoğanın SOCAR intiqamı?

İnterpress.az