Təhsil Nazirliyinə şikayət və müraciətlərin sayı rekord qırırbackend

Təhsil Nazirliyinə şikayət və müraciətlərin sayı rekord qırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 515 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə çox, 2015-ci il ilin müvafiq dövrü ilə müqayisədə isə 2,9 dəfə çox) daxil olub.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 144 sənəd (753 məktub, 322 ərizə, 69 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi ilə bağlı məsələlər əksini tapıb. /Trend/